3 C
Baku
Saturday, December 14, 2024

Karyeraya əngəl olan 7 mif

Biz hamımız yaxşı iş və uğurlu karyera qurmağı arzu edirik. Bəzən bizim arzularımıza artıq özünə möhkəm kök salmış stereotiplər əngəl olur, onlar bizə lazımı istiqamətdə hərəkət etmək imkanı vermir.

Bəzi miflər vardır ki, onlar bizim peşəkar hədəflərə doğru yolumuzda süni tıxac rol oynayır, istəmədiyimiz halda bizə əyləci sıxmağa məcbur edir. Biz şəksiz- şübhəsiz şəkildə həmin iddialara inanır və nadir hallarda başqa cür hərəkət edirik. Banker.az saytı olaraq, sizə peşəkar karyera qurmağa mane olan stereotip fikirləri təqdim edirik.

Təhsilsiz karyera yoxdur

Əlbəttə ki, müvafiq sahədə təhsiliniz olmasa siz cərrah və ya prokuror ola bilməzsiniz, amma bir çox digər sahələrdə əsl peşəkar olmaq və uğura nail olmaq üçün yaxşı diplomun olması heç də mütləq şərt deyil. Siz uğurlu dizayner, reklamçı, PR mütəxəssisi, proqramçı, jurnalist ola bilərsiniz və bu zaman əsasən öz səriştə və təcrübənizə arxalanmaq lazım gəlir. Yaxşı inadkarlıq, istək və düzgün qaynaqların (ədəbiyyatın) olması kifayət edəcək.

Həmişə “aşağı pillələrdən” və yetərincə təcrübə olmadan da başlamaq, bunda qorxulu heç nə yoxdur. Əgər siz teleaparıcı olmağı arzu edirsinzə, katib vəzifəsindən də başlaya bilərsiniz. Siz bu zaman kompaniyanın fəaliyyətinə daxildən bələd olacaq və harada özünü necə büruzə verməyin mümkün olduğunu anlayacaqsınız. Bu heç də ən asan yol deyil, amma gerçəkləşdirilməsi kifayət qədər mümkündür. Həm də ki, bir sıra kompaniyalarda cari əməkdaşları yüksəltmək ənənəsi daha xoş qarşılanır və məqbul hesab edilir, nəinki vacib vəzifələrə kompaniyanın strukturu ilə tanış olmayan, kənar bir şəxsi gətirməyi.

Uzun rezumeler sanballı görünür

Əksər işəgötürənlər üçün savadlı, lakonik və səlis tərtib olunmuş CV kifayət edir, yetər ki, bu rezume onun axtardığı suallara cavab versin. Heç də bütün keçmiş iş yerlərinizi, getdiyiniz kursları və maraqlarınızı sadalamağa və hər bir detalı ilə təsvir etməyə gərək yoxdur. Sonuncu və daha çox əhəmiyyət kəsb edən iş yerləriniz haqqında danışın. Əlavə təhsiliniz, həmçinin əyləncə və maraqlarınız sizin ixtisasınıza və müraciət etdiyiniz vəzifəyə uyğun olmalıdır. Vacib olanları ayırd etmə və öz fikirlərini düzgün izah etmə bacarığı olduqca vacib əhəmiyyət daşıyır, beş səhifəlik inşa isə heç kəsə maraqlı deyil.

30 yaşa qədər hər şeyi müəyyənləşdirmək lazımdır

Əgər yaşınız 30-u və ya 40-ı ötübsə, bu o demək deyil ki, arzunuzdan imtina etməlisiniz. Bir çox insanlar hətta daha gec yaşlarında öz vəzifələrini kardinal sürətdə dəyişiblər. Bu onlara uğura nail olmağa mane ola bilməyib. Təbii ki, siz çətin ki, bundan sonra hava xətlərində pilot ola biləsiniz, amma çoxlu sayda digər sahələr vardır ki, orada uğur qazanmaq mümkündür. Ona görə də itirilmiş imkanlara görə çox da təəssüflənməyə dəyməz.
İşdə həddindən artıq ləngimək karyeraya kömək edir

Bəzən düşünürlər ki, işdən nə qədər gecsən çıxsan və ofisdə nə qədər çox ləngisən bu sənin xeyrinədir. Amma bu sizin gözlədiyiniz nəticəni verməyə də bilər. Rəhbərlikdə sizin həddindən artıq ləng, astagəl və yetərincə səriştəli olmadığınız və işlərin öhdəsindən çevik şəkildə gələ bilmədiyiniz haqda bir fikir oyada bilər. Eyni zamanda siz tükənmək, stress və bitməz yorğunluq ilə üzləşəcəksiniz ki, bu da sizin məhsuldarlığınıza mənfi təsir göstərəcək. Müxtəlif iş situasiyaları yarana bilər ki, sizin işdə qalmağınız zəruri ola bilər, amma bunu özünüz üçün bir qaydaya və adətə çevirməyin.

Məşğulluq əzmkarlıqdan xəbər verir

Əlbəttə ki, işdə boş-boşuna gəzmək, avaralıq etməyə dəyməz, amma həddindən artıq məşğul olmaq da tövsiyə olunmur. Hamıya sizin çox məşğul olduğunuz və onlara kömək edə bilməyəcəyinizi demək lazım deyil. Daima əlçatmaz olmaq karyera üçün təhlükəli ola bilər. Siz həmişə öz həmkarlarınızı dinləməyə hazır olmalı və lazım gəldikdə öz sıx iş qrafikinizə onlar üçün vacib olan hər hansı bir məsələnin həllini də daxil etməyi bacarmalısınız.

Tənqid karyera üçün təhdiddir

Tənqidi iradların olmaması hələ o demək deyil ki, rəhbərlik sizin işinizdən tam məmnundur. Həmçinin də tənqidlərin edilməsi hələ o anlama gəlmir ki, siz artıq “qara siyahıya” daxil olmusunuz, daha çarə yoxdur və sizə lazımınca dəyər vermirlər. Ona görə də belə situasiyalarda məyus olmağa, əlləri yana salmağa, həmçinin də motivasiyanı və ya konsentrasiyanı itirməyə dəyməz.

Ambisiyaları gizli saxlamaq lazımdır

Əvvəlcə şöbə rəhbəri, sonra isə bütünlüklə filial müdiri olmaq arzusundasınız? Bunu hər cür cəhdlə məxfi sirr kimi saxlamaq və ya hər hansı bir hadisə baş verdikdə qəti şəkildə inkar etmək lazım deyil. Demək olar ki, kompaniyalar həmişə ambisiyalı insanları öz sıralarına cəlb etməkdə daha maraqlı olurlar. çünki onlar öz öhdəliklərini daha yaxşı şəkildə yerinə yetirməyə və elə bir nəticə əldə etməyə can atacaqlar ki, həm kompaniya, həm də onların özü üçün maksimum dərəcədə faydalı olsun. Boş bir pozisiya açıldıqda isə rəhbərlik kimin yeni öhdəliklər qəbul etməkdə daha maraqlı olduğunu, həmçinin onların öhdəsindən də effektiv gələ biləcəyini çox yaxşı bilir.

Son xəbərlər
Digər xəbərlər