6 C
Baku
Monday, December 16, 2024

Deputatdan təklif: Kreditlərin bir hissəsini hökumət və banklar öz öhdəsinə götürsün

“Cənab prezidentin Maliyyə Bazarlarına Nəzarət Palatasına etimadı tamdır. Bizim də bu orqana etimadımız tamdır. Şəxsən mən bu orqana çox böyük ümidlər bəsləyirəm”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

tahirr491490776825
Tahir Kərimli

Tahir Kərimli bildirib ki, manatın devalivasiyasında xalqın, kredit götürənlərin heç bir günahı yoxdur.

“Amma nədəsə manatın qiymətdən düşməyinin əziyyətini ancaq xalq çəkir. Ona görə mən təklif edirəm ki, bunun üçdə birini hökumət, banklar və vətəndaşlar öz öhdəsinə götürsün. Mənə elə gəlir ki, bu dövlətimizin etimadını daha da yüksəldə bilər”.

Azay Quliyev: 300 minə yaxın şikayət…

“Bu gün banklarla bağlı olan vəziyyət hamını narahat edir. Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı kifayət qədər addımlar atır. Ancaq bu sahədə kifayət qədər həssaslıq var”.

Banker.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputatın sözlərinə görə, statistikaya baxsaq, görərik ki, keçən il 700 minə qədər məhkəmə işi olub.

azay
Azay Quliyev

“Bu işlərin isə 40 faizi banklarla bağlıdır. Buradan da görünür ki, banklarla bağlı proses çox ciddi şəkildə məhkəmələrə yönləndirilir. Bu faizi hesablasaq, təxminən 300 minə yaxın şikayət deməkdir. Biz bu prosesi məhkəmələrə qədər müəyyən mənada tənzimləsək, həm də ictimai nəzarət mexanizmini şəffaf edə bilsək, məncə məhkəmələrə müraciətlərin sayı da azala bilər”.

Azay Quliyev hazırda qeyri-bank kredit təşkilatları ilə bağlı da ciddi məsələlərin olduğunu vurğulayıb.

“Qeyri-bank kredit təşkilatlarından da eynilə banklardan olduğu kimi məhkəmələrə şikayətlər daxil olur. Mən istəyərdim ki, gələcəkdə də bu məsələyə diqqət ayrılsın”.

 

Son xəbərlər
Digər xəbərlər