Müsahibəyə gedən zaman yalnız intervyu zamanı davranış qaydalarına riayət etmık kifayət deyil, siz həmçinin müsahibədən əvvəl də bəzi qaydaları xatırlamalısınız.
İlkin təəssuratı işə götürənlə görüşməmişdən əvvəl də korlamaq olar.
Heç kəs öz müsahibəsini korlamaq istəmir, lakin bir çoxları bunu bilməyərəkdən edirlər.
Biz sizə bu məqalədə ilkin təəssuratı korlamağının yollarını təqdim edəcəyik. Əgər siz özünüzdə bu xüsusiyyətləri görsəniz, tez bir zamanda onları düzəltməyə çalışın.
Siz təlimatlara əməl etmirsiniz
Siz işə götürəndən sizi müsahibəyə dəvət edən məzmunlu elektron məktub və yaxud zəng qəbul etmisiniz. Bu məktubda və yaxud zəngdə sizə bir sıra tələbatlar haqqında məlumat verirlər. Əgər işə götürən sizdən müsahibəyə gəlməyiniz üçün bir neçə tarix deməyi xahiş edirsə, yalnız bir rəqəm demək lazım deyil. Əgər sizdən sabah günün birinci yarısında zəng etməyinizi xahiş edirlərsə, günortadan sonra zəng etmək lazım deyil. Öz məsuliyyətiniz və xırdalıqlara verdiyiniz dəyəri nümayiş etdirin.
Siz gec reaksiya verirsiniz
Əgər siz rezümedə öz elektron ünvanınızı qeyd etmisinizsə, o zaman işə götürəndən məktub ala bilərsiniz. Sizin bu məktuba bir həftədən sonra cavab verməyiniz düzgün olmayacaq. Sizin hər gün elektron ünvanınızı yoxlamaq kimi vərdişiniz olmaya bilər, lakin iş axtaran zaman siz buna vərdiş etməlisiniz. Əks halda işə götürən sadəcə olaraq sizi müsahibəyə çağırmaqdan imtina edəcək.
Siz narahat olduğunuz halda telefonla danışırsınz
Hər kəsin mobil telefonları var, lakin bu bizim hər zaman zənglərə cavab verə biləcəyimiz və telefonla uzunmüddətli danışa biləcəyimiz demək deyil. Əgər sizə tanımadığınız nömrədən zəng daxil olursa, siz isə sükan arxasında və yaxud digər narahat vəziyyətdəsinizsə, mədəni sürətdə söhbəti başqa vaxta təxirə salın. Əks halda sizin diqqətiniz yayılacaq və siz bir neçə səhv buraxa bilərsiniz, məlumatları yadda saxlamaya bilərsiniz və s.
Siz vacib xırdalıqları nəzərdən qaçırırsınız
Əgər siz başqa şəhərdə yaşayırsınız və sizə digər bir şəhərdə iş təklif edirlərsə, telefon və ya Skype ilə müsahibə aparacağınıza əmin olmayın, öncədən şirkətin ofisinə getməyinizi planlaşdırın. Mütləq əsas məqamları dəqiqləşdirin.
Siz müsahibəyə gələcəyinizdən əmin olmadan intervyunun vaxtını dəqiqləşdirmisiniz
Əgər sizin işiniz ola-ola, siz iş axtarırsınızsa, siz mütləq müsahibəyə gələ biləcəyinizdən əmin olmalısınız. Öncədən cari iş yerinizdən icazə alın, müsahibənin keçiriləcəyi tarixi və vaxtı dəqiqləşdirin. Heç bir işləriniz sizə maneə olmamalıdırlar. Əgər sizin işiniz yoxdursa belə siz yenə də bu qaydanı xatırlamalısınız.
Əgər siz müsahibənin vaxtını dəfələrlə təxirə salsanız və yaxud müsahibəyə geciksəniz, iş tapmq şanslarınız azalacaq.