ABŞ-nin süni intellekt startapı Anthropic maliyyə məsləhətçiləri üçün yeni süni intellekt alətini təqdim edib. Bu barədə Bloomberg yazır.
Məhsul Claude çat-botuna inteqrasiya olunub və BlackRock, Vanguard, Charles Schwab və iCapital kimi şirkətlərin analitik və idarəetmə platformaları ilə işləyə bilir.
Bu addım Anthropic-in maliyyə sənayesində mövcudluğunu genişləndirmək istiqamətində indiyədək atdığı ən mühüm addımlardan biri hesab olunur.
Şirkətdə bildiriblər ki, xidmət sektorda təcrübəli maliyyə məsləhətçilərinin pensiyaya çıxması nəticəsində yaranan kadr çatışmazlığını qismən kompensasiya etməyə kömək etməlidir.
Bundan əlavə, yeni alət investisiya araşdırmalarını, inzibati prosesləri və investisiya portfellərinə nəzarəti sürətləndirməyə imkan verəcək.
Ötən həftə OpenAI də oxşar məhsul təqdim etmişdi. Şirkət maliyyə xidmətləri sənayesi üçün ChatGPT-nin ixtisaslaşdırılmış versiyasını istifadəyə vermişdi.







