17 C
Baku
Tuesday, November 11, 2025

Swift kiberhücumlar ilə mübarizə üçün yeni sistem təqdim etdi

Banker.az saytının verdiyi məlumata görə, Swift banklararası ödəniş sistemi real zamanda ödənişlərin təhlükəsizliyinə nəzarət xidmətini təqdim etdi. Sözügedən bu xidmət banklara cinayət və fırıldaq xarakterli ismarıcları tanımağa və Banqladeş Mərkəzi bankına edilən hücumun eynisinin bir daha yaşanması riskindən qaçmağa kömək edəcək.

 

Bankların müştəriləri bu xidməti birbaşa olaraq öz Swift axınlarına inteqrasiya edə bilər ki, bu da hər hansı şübhəli fəaliyyəti ayırd etməyə kömək edəcək.

Servisin quraşdırılması üçün nə xüsusi cihaz, nə də proqram təminatına ehtiyac var. İlk olaraq yeni xidmət kiçik maliyyə təşkilatlarına və bütün gücü ilə təhlükəsizlik qaydalarına riayət etməyə çalışan Mərkəzi banklara istiqamətlənəcək. Müştərilər üçün xidmətin dəyəri hələ açıqlanmır.

Banqladeş Mərkəzi bankına edilən kiberhücumdan sonra belə bir xidmətin yaradılması mütləq idi. Qeyd edək ki, hücum zamanı xakerlər Nyu-York Federal Ehtiyat bankının hesabından 81 milyon dollar oğurlaya bilmişdi. Ekvador və Vyetnam şirkətləri də oxşar hücumların qurbanları olub.

 

Son xəbərlər
Digər xəbərlər