Banker.az saytının verdiyi məlumata görə, Romanın əsas və ən məşhur turist ənənələrindən biri – Trevi fəvvarəsinə (Fontana Di Trevi) qəpik atmaq illik 1,4 milyon avro gəlir qazandırıb. Əldə edilən gəlirlər xeyriyyə məqsədilə sərf ediləcək.
İtaliya paytaxtında ən iri və məşhur olan bu fəvvarə kütləvi sayda turist cəlb edir. İnanca əsasən, arxası fəvvarəyə tərəf dayanaraq ona sağ əl ilə qəpik atan şəxs Romaya bir dəfə də gələcək.
Turistlər tərəfindən atılan pullar beynəlxalq katolik xeyriyyə təşkilatı olan Caritas-a köçürüləcək və yoxsul ailələr üçün pulsuz supermarket, yeməkxana, səfillər üçün sığınacaq layihəsinin maliyyələşməsi və s. digər məqsədlər üçün istifadə ediləcək.
Fəvvarədən adətən avro, dollar və yen çıxarılsa da, son zamanlar daha çox Avstraliya dollarına rast gəlinir. Bundan əlavə, fəvvarənin içərisindən pul vəsaitləri ilə yanaşı, dini boyunbaqlar və klonlar da aşkar edilərək götürülür.
Qeyd edək ki, Trevi fəvvarəsi tək Romanın deyil, bütün İtaliyanın ən böyük fəvvarəsidir. Onun eni 20 metrdir. Mərkəzinin hündürlüyü isə 26 metrə çatır.








