25 C
Baku
Sunday, October 6, 2024

“NIKOIL Bank”a yeni təyinat

“Qarant Sığorta Agentliyi”nin rəhbəri “Nikoil Bank”a transfer edilib. Agentliyin direktoru Ramin Səmədov “Nikoil Bank”ın biznesin inkişafı üzrə rəhbəri seçilib. Bu barədə R.Səmədov özü məlumat verib. O, may ayından etibarən yeni vəzifəsinin icrasına başlayıb. Sığorta agentliyinə isə hələlik yeni rəhbər təyin ediməyib.

Qeyd edək ki, R.Səmədov “Qarant Sığorta Agentliyi”nə 2010-cu ildən etibarən rəhbərlik edirdi. 2004-2010-cu illərdə isə “Bank of Baku”nun satış kanallarının idarə edilməsi departamentin rəhbəri olub. Fəaliyyəti dönəmində bank və sığorta sahəsində bir sıra naliyyətlər əldə edib.

MənbəFins.az
Son xəbərlər
Digər xəbərlər