Strateji təhlil və risklərin idarəedilməsi idarəsinin aparıcı analitiki
Namizədə dair tələblər:
Təhsil: Tam ali təhsil (iqtisadiyyat, idarəetmə və ya maliyyə üzrə magistr);
Xüsusi biliklər: Strateji idarəetmə, habelə layihələrin idarəedilməsi, əməliyyat idarəetməsi, risklərin idarəedilməsi, dəyişikliklərin idarə olunması, informasiyaların idarəedilməsi və hesabatlılıq, resursların planlaşdırılması və büdcə, makro-iqtisadiyyat, maliyyə sistemi üzrə geniş biliklər.
Təcrübə: Analoji sahə üzrə 2 – 3 il iş təcrübəsi
Dil bacarığı: Səlis Azərbaycan və ingilis dilində yazmaq, oxumaq, danışmaq və təqdimat bacarığı;
Kompüter bacarığı: İT resursları və ofis proqramları ilə işləmək qabiliyyəti.
Digər bacarıqlar: Strateji və analitik düşünmə, innovativlik, təşəbbüskarlıq və əsaslı mühakimə, ünsiyyət qurma və komandada iş bacarığı.
İşin təsviri:
- Maliyyə sabitliyi üçün riskləri tədqiq edir və yarana biləcək mümkün risklərin mitiqasiyası üçün təkliflər verir;
- Maliyyə bazarları üzrə tədqiqatlar aparır, modellər qurur və təkliflər verir;
- Iqitisadi siyasətin, o cümlədən fiskal və monetar siyasət ssenarilərinin maliyyə bazarlarına mümkün təsiri kanallarını tədqiq edir;
- Maliyyə bazarlarında stress-testlərin aparılması üçün makroiqtisadi şok ssenarilərinin müəyyən edilməsində iştirak edir.
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.