3 C
Baku
Saturday, December 14, 2024

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatı ilə bağlı razılığa gəldi

Rusiya və Səudiyyə Ərəbistanı OPEC ölkələrinin neft hasilatını azaltmaq ilə bağlı razılaşmasının müddətinin uzadılmasına hazır olduqlarını bildirib.

Banker.az xəbər verir ki, bu haqda məlumat Rusiya Energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanı Energetika naziri Xalid al-Falih-in birgə bəyanatında yer alıb.

Tərəflərin fikrincə, “dünya neft ehtiyatlarını orta səviyyəyə çatdırmaq” və bazarın sabitləşməsinə nail olmaq üçün razılaşmanı 2018-ci ilə qədər uzatmaq lazımdır.

Nazirlər digər ölkələrin də bu ortaq fikirə qoşulacaqlarına ümid etdiklərini dilə gətiriblər. Novak əlavə edib ki, ola bilsin ki, iştirakçıların siyahısı cari razılaşma ilə müqayisədə genişlənə bilər.

Nazirlərin bəyanatından sonra Brent markalı neftin qiyməti 1,5% artıb və 51,6 dollar təşkil edib.

Qeyd edək ki, razılaşmanın müddətinin uzadılması ilə bağlı danışıqlar 25 may tarixində Vyanada baş tutacaq.

Son xəbərlər
Digər xəbərlər