7 C
Baku
Thursday, December 12, 2024

2017-ci ilin ən bahalı brendləri elan edildi

Banker.az saytı xəbər verir ki, Britaniyanın Katar Millward Brown şirkəti dünyanın ən bahalı brendlərinin reytinqini – The BrandZ Global Top 100-ü təqdim edib.

Reytinqə 245,6 milyard dollar göstərici ilə Google şirkəti başçılıq edir. Apple şirkəti ikinci (234,7 milyard dollar), Microsoft şirkəti isə üçüncü pillədə (143,2 milyard dollar) yer alıb.

Bu il Amazon şirkəti müsbət nəticələr nümayiş etdirib. Belə ki, şirkət Facebook, AT&T və Visa şirkətlərini geridə qoyaraq 7-ci pillədən 4-cü pilləyə yüksəlib. e-commerce brendinin dəyəri 41% artıb və 139,3 milyard dollara çatıb.

Reytinqə ilk dəfə daxil olan brendlər isə aşağıdakılar oldu:

— Ödənişli televiziya operatoru Comcast, xfinity brendi, 23-cü pillə, 41,8 milyard dollar

— YouTube, 65-ci pillə, 16,8 milyard dollar

— HP, 76-cı pillə, 14 milyard dollar

— Salesforce, 90-cı pillə, 12,2 milyard dollar

— Netflix 92-ci pillə, 12,1 milyard dollar

— Snapchat 93-cü pillə, 12 milyard dollar

— Sprint 96-cı pillə, 11,8 milyard dollar

Son xəbərlər
Digər xəbərlər