10 C
Baku
Friday, December 13, 2024

Dünyada ən populyar brauzer hansıdır?

Veb brauzer yaradıcıları daima yeni funksiyaların əlavə edilməsi, optimallaşdırma, enerji sərfiyyatının və yaddaşın azaldılması, işləmə sürətinin artırılması üzərində işləyirlər. “NetMarketShare” və “StatCounter” tədqiqat firmaları iyulun əvvəlində brauzerlər bazarının vəziyyəti haqda yeni hesabatlarını dərc ediblər. Hər 2 resursun məlumatlarına əsasən, ötən il ərzində ən populyar brauzerlər öz payını artırıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Google” şirkətinin “Chrome” brauzeri əvvəlki kimi ən populyar olaraq qalır. “NetMarketShare” firmasının statistikasına əsasən, 1 il ərzində “Chrome” brauzerinin bazar payı 48,65%-dən 59,36%-dək yüksəlib. Beləliklə, artım 10,71% təşkil edib. “Firefox” brauzerinin bazar payı 4%, “Microsoft Edge”də isə yalnız 0,54% artıb. Ötən ilin iyun ayından cari ilin may ayınadək “Internet Explorer” brauzerinin bazar ayı 14,1% azalıb. “Safari” brauzerinin vəziyyəti ürəkaçan deyil, hərçənd son zamanlar bu brauzerin bazar payı cüzi artıb.

“StatCounter” firmasının statistikasına əsasən isə cari ilin iyununda “Chrome” brauzerinin bazar payı 63,21%, “Firefox”da 14%, “Internet Explorer”də 9,28%, “Safari”də 5,16%, “Edge”də 3,89%, “Opera”da isə 2,22% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər