14 C
Baku
Sunday, November 24, 2024

MBNP təcrübə proqramına qəbul üçün müsabiqə elan edir

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların nəzəri biliklərinin praktikada tətbiqi, onların bu sahədə peşə vərdişləri və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə 2017-ci il üzrə təcrübə proqramına qəbul üçün müsabiqə elan edir.

Təcrübə proqramı hüquq, bank, sığorta və kapital bazarlarına, həmçinin ödəniş sistemlərinə nəzarət, prudensial siyasət və metodologiya, beynəlxalq əlaqələr, maliyyə, insan resurslarının idarə edilməsi, eləcə də katiblik istiqamətləri üzrə keçiriləcəkdir.

Təcrübə proqramında bakalavr pilləsinin məzunları və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər. Proqram 2017-ci ilin sentyabr – dekabr aylarını əhatə edəcəkdir.

Təcrübə proqramında iştirak etmək istəyənlər “Təcrübə proqamında qəbul üçün müraciət anketi”, şəxsiyyət vəsiqəsi və diplomun elektron nüsxələrini [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Proqramda iştirak üçün son müraciət tarixi 01 sentyabr 2017-ci ildir.

Proqrama dair ətraflı məlumatlar http://fimsa.az/pages/53 səhifəsində yerləşdirilmişdir.

Son xəbərlər
Digər xəbərlər