10 C
Baku
Thursday, December 12, 2024

AYİB Azərbaycanda bu sektora investisiyalar yatırmaq niyyətindədir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yüksək texnologiyalar və sənaye parklarına investisiyalar yatırmaq üçün Azərbaycan hökuməti ilə razılıq əldə edib. Bu barədə İqtisadiyyat Nazirliyinə istinadən Vergilər Nazirliyinin “Vergilər” qəzeti məlumat verib.

“Qeyi-neft sənayesi sektoruna xarici investorları cəlb etmək məqsədilə müxtəlif stimullaşdırıcı addımlar atılıb, vergi-gömrük, investisiya və digər güzəştlərin tətbiq olunması sayəsində xarici investorların, beynəlxalq maliyyə təşkilatlarının bu sahəyə marağı artıb. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yüksək texnologiyalar və sənaye parklarına investisiyalar yatırmaq üçün hökumətlə razılıq əldə edib”, – qəzet yazır.

Bundan başqa, Cənubi Koreya, Sinqapur, Yaponiya, Türkiyə və digər ölkələrin investorları Azərbaycanda mineral və spirtli içkilər, tikinti, maşınqayırma və avadanlıqlar, emal, mədənçıxarma sənayesinə sərmayə qoymaq niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər