Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən investisiyaların 10,6%-ni və ya 924,1 mln. manatını bank kreditləri təşkil edib və nəticədə həmin vəsaitlərin həcmi illik müqayisədə 9,6% artıb.
Bu barədə mənbə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Kreditlərin cəmi vəsaitlərdə xüsusi çəkisində isə illik müqayisədə 1,2 faiz bəndi artım müşahidə olunub.
2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 728,8 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3% az vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 6 912,1 mln. manatı və ya 79,2%-i məhsul istehsalı obyektlərinin, 1 358,1 mln. manatı və ya 15,6%-i xidmət sahələri üzrə obyektlərin, 458,6 mln. manatı və ya 5,2%-i isə ümumi sahəsi 973,7 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.