“Turanbank” ASC-də İdarə Heyəti (İH) aparatı yaradılıb və İH sədrinin xarici iqtisadi əlaqələr üzrə müşaviri vəzifəsinə təyinat olub.
Bu vəzifəyə indiyə qədər Bankın Biznesin inkişafı Departamentinin direktoru olan Rəşad Tanrıverdiyev gətirilib.
Onun boş qalmış yerinə isə Ramin Xəlilov təyin edilib.
Bundan başqa, “Turanbank”da Proseslərin idarə olunması Departamenti yaradılıb və burada direktor müavini vəzifəsinə təyinat olub. Bu vəzifə Fikrət Səlilova həvalə edilib.
Xatırladaq ki, “Turanbank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.







