Azərbaycanda bank sektrounda çalışan işçilərin sayında artım var.
Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) avqust ayı üçün açıqladığı statistikaya istinadən məlumat verir.
Məlumata görə, iyul ayı ərzində 16 123 işçi qeydə alındığı halda, 44 nəfər artaraq avqust ayı ərinzə bu rəqəm 16 167 nəfərolub.
Lakin, 2017-ci ilin ilk ayındakı rəqəmə qayıda bilmir. Belə ki, yanvar ayında bu rəqəm 16 928 nəfər idi.
ATM-lərin sayında isə azalma var. Belə ki, iyul ayında 2,505 ATM olduğu halda, avqust ayında bu rəqəm 2,495 sayına enib.







