7 C
Baku
Sunday, December 15, 2024

“Nikoil Bank” nizamnamə kapitalını yenidən artırır

“Nikoil Bank” ASC nizamnamə kapitalını 35,5 mln. manat və yaxud 19,24% artıraraq 220 mln. manata çatdıracaq.

Bunun üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 17,75 mln. ədəd yeni səhm buraxılacaq.

Səhmlər qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək. Onları Bankın mövcud səhmdarlarının alacağı gözlənilir.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda unun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın səhmlərinin 91,84%-i “Topaz Investments” QSC-yə, 7,97%-i adı açıqlanmayan fiziki şəxsə, 0,19%-i isə “ISR Holding” MMC-yə məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər