9 C
Baku
Thursday, December 12, 2024

Kredit Təşkilatların inkişafında qeyri-sabitlik yaranıb: müştəri bazası kəskin azalıb

Son 3 idə Azərbaycanda mikromaliyyədən istifadə edənlərin sayında əhəmiyyətli azalma qeydə alınıb. Əgər 2015-ci ildə bu növ maliyyələşmədən 600 min, 2016-ci ildə 298 min istifadə edən var idisə, 2017-ci ildə bu göstərici 118 minə düşüb.

Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov bu gün “Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar” mövzusunda Bakıda keçirilən V İnvestorlar Yarmarkasında çıxışı zamanı bildirib. O deyib ki, bu sektorun inkişafına dəstək olmaq lazımdır: “Həmçinin, bank olmayan kredit təşkilatlarının kredit portfelində də azalma müşahidə edilir. 2015-ci ildə 348 mln. dollar kredit potfeli mövcud idisə, 2017-ci ildə bu göstərici 80,1 mn. dollar təşkil edib”.

Onun sözlərinə görə, mikromaliyyə yoxsulluğun azaldılması üçün əhəmiyyətli bir alətdir: “Banklar da bu sahədə fəaliyyət göstərir. Ancaq onların əsas müştəriləri korporativ müştərilərdir. Mikromaliyyədən istifadə edən müştərilər isə daha çoxdur. 2015-ci ildə devalvasiyanın baş verməsi, neftin dəyirinin düşməsi ilə müəyyən çətinliklər yaranıb. Bu, Azərbaycanın da mikromaliyyə sektorunda təzahürünü tapıb. Valyuta kreditlərinin manata çevrilməsi, faizlərin aşağı salınması, cərimlərin azaldılması kimi tədbirlərlə BOKT-lar öz inkişafını davam etdirməyə çalışır”.

“Lakin yenə də bu porblem yaşanır. BOKT-ların inkişfında qeyri-sabilik yaranıb. Vəziyyətin stabilləşməsi üçün ilk növbədə təşkilatların sağlamlaşdırılmasına ehtiyac var. İnvestorların müəyyən depozit qoyması ilə müəyən dərəcədə BOKT-ları sağlamlaşdırmaq olar. Digər məsələ qanunvericiliklə bağlıdır, qaydalara yenidən baxılmalıdır. Təkliflərimizi Maliyyə Bazarlarına Nəzarət Palatasına vermişik”, – S.Kələşov əlavə edib.

AMFA rəhbəri bildirib ki, dövlət və investorların dəstəyi BOKT-ların inkişafına təkan ola bilər və bu da əhalinin kiçik təsərrüfatlarının maliyyəyə çıxışını təmin etməklə iqtisadiyyyatın inkişafına təkan verəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər