16 C
Baku
Wednesday, October 30, 2024

Zakir Nuriyev: Hərraclar maliyyə bazarının likvidliyini dəstəkləyəcək

Azərbaycanda bank sektorunun likvidliyi dörd milyard manatdan çoxdur.

Bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev Bakıda “Azərbaycanda mikromaliyyələşmənin gələcəyi: Çətinliklər və imkanlar” mövzusunda keçirilən V investisiya yarmarkasında deyib.

Onun sözlərinə görə, bu onu ifadə edir ki, bazarın iştirakçıları vəsaitləri xaricdən yox, daxili bazardan cəlb edə bilərlər: “Mikromaliyyələşmə təşkilatları, BOKT-lar, lizinq şirkətləri likvid vəsaitləri daxili bazardan Azərbaycan manatı ilə cəlb edə bilər. Bu gün bu imkanları necə istifadə etmək lazım olduğunu müəyyənləşdirmək lazımdır”.

Assosiasiya rəhbəri bildirib ki, bu ilin sonunadək banklararası açıq hərracların mexanizmi hazırlanacaq.

O, həmçinin qeyd edib ki, likvidliklə bağlı problemlərin həlli mikrokreditlər üzrə faiz dərəcələrini azaltmağa imkan verəcək.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər