8 C
Baku
Thursday, December 12, 2024

“Başak-İnam” sığorta şirkətinə verilmiş lisenziya ləğv edilib

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının bugünkü qərarı ilə “Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.

MBNP-dan verilən məlumata görə, Palata tərəfindən qeyd olunan qərar “Başak-İnam” sığorta şirkətinin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.

Lisenziyası ləğv olunmuş “Başak-İnam” sığorta şirkətinə MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib.

Son xəbərlər
Digər xəbərlər