Azərbaycan Mərkəzi Bankı 6 oktyabr tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
AMB-yə istinadən, ABŞ dollarının məzənnəsi 1,7002 manat olaraq sabit qalıb. Avrozonanın vahid valyutasının məzənnəsi bu gün 1,9891 manatdan 1,9953 manata kimi artıb. Rusiya rublunun məzənnəsi isə 0,0294 manatda 0,0292 səviyyəsinə qədər azalıb.