6 C
Baku
Sunday, December 15, 2024

“Başak İnam Sığorta”nın öhdəlikləri qiymətləndirilir

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ötən həftənin sonu lisenziyasını ləğv etdiyi “Başak İnam Sığorta” ASC-nin inzibatçısı məlum olub.

Şirkətdən verilən məlumata görə, bu, palatanın Sığorta nəzarəti Departamentinin əməkdaşı Aqşin Əlizadədir.

“Hazırda inzibatçının iştirakı ilə “Başak İnam Sığorta”nın öhdəlikləri qiymətləndirilir. Bu öhdəliklərin digər sığorta şirkətinə ötürülüb-ötürülməyəcəyi hələ ki, məlum deyil. Bununla belə, “Başak İnam Sığorta”nın öhdəliklərini yerinə yetirmək üçün maliyyə imkanları var. Onun maliyyə vəziyyəti bundan əvvəl bağlanmış digər sığorta şirkətləri ilə müqayisədə pis deyil”, – deyə “Başak İnam Sığorta”dan bildirilib.

Xatırladaq ki, “Başak İnam Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğv prosesində olan “Zaminbank” ASC-yə, 7,14%-i “Turanbank” ASC-yə, 5%-i “Azər-Türk Bank” ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı “Groupama Sıgorta” şirkətinə, 0,34%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

“Başak İnam Sığorta” bazarı tərk etmək üçün MBNP-yə bu ilin əvvəlində müraciət edib. Palata şirkətin 2017-ci ildə təqdim etdiyi hesabatlara əsasən, onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasını nəzərə alaraq lisenziyanın ləğv edilməsinə razılıq verib. Amma bununla bağlı yekun qərar oktyabrın 6-da qəbul olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər