2017-ci ilin ilk yarısında dünyada ən çox satılan smartfon iPhone 7 cihazıdır.
Banker.az xəbər verir ki, bu məlumat IHS Markit analitiklərinin hesabatında qeyd olunub.
Dünyada ikinci ən populyar smartfon iPhone 7 Plus-dur. Liderlərin üçlüyünü isə Samsung Galaxy Grand Prime Plus tamamlayır. Bu 5 düymlük telefonun qiyməti 130 dollardır. Həmçinin ilk beşliyə iPhone 6s və Samsung Galaxy S8 smartfonları da daxildir.
Qeyd olunur ki, iPhone 7 cihazının göstəriciləri iPhone 6s modelinin 2016-cı ilin analoji dövründə malik olduğu göstəricilərdən nisbətən pisdir. Analitiklər qeyd edib ki, ilbəil Apple şirkətinin bazardakı payı azalır. Analoji vəziyyət Samsung şirkətində də qeydə alınıb.
Ümumilikdə, onluğa 5 Samsung, 4 Apple və çinli Oppo şirkətinin cəmi 1 smartfonu daxil olub.