7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Krımın təsviri olan rublu qəbul etməməlidir – Vahid Əhmədovdan tələb

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Mərkəzi Bankı bu günlərdə dövriyyəyə Krımın təsviri olan 200-lük rubl kupyurası daxil edib. Bununla əlaqədar Azərbaycanın Milli Məclisinin deputatı Vahid Əhmədov tələb edib ki, Azərbaycanın Mərkəzi Bankı Krımın təsviri olan Rusiya kupyuralarını qəbul etməsin.

“Ölkənin dövlət strukturları tərəfindən bu pulun qəbulu Ukrayna sərhədlərinin toxunulmazlığını tanıyan Bakının rəsmi mövqeyi ilə ziddiyyət təşkil edəcək”, – deyə V.Əhmədov virtualaz.org-a bildirib.

1484124546 vahidehh
Vahid Əhmədov, Millət vəkili

Deputat hesab edir ki, Qarabağ münaqişəsi kimi problemə malik olduğumuzu nəzərə alaraq, başqa ölkələrin ərazi bütövlüyünə aid məsələlərdə ardıcıl olmaq lazımdır.

Şübhəli simvolikaya malik yeni Rusiya kupyuralarından imtinanın nə qədər mümkün ola biləcəyini maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov izah edib. “Texniki tərəfdən Azərbaycan bankları tərəfindən bu kupyuraların qəbulundan imtinanı həyata keçirmək sadədir. Mərkəzi Bankımızın hər hansı izahatlarsız Krımın təsviri olan kupyuraların ölkənin bütün bankları tərəfindən qəbul edilməməsi ilə bağlı qərar qəbul etməsi kifayətdir. Amma aydındır ki, bu qaydanı Ədliyyə Nazirliyində təsdiq etmək lazımdır”, – deyə ekspert vurğulayıb.

akram hasanov ekrem
Əkrəm Həsənov

Eyni zamanda Ə.Həsənov hesab edir ki, Rusiya kupyuralarından başqa ölkələrin, xüsusən də GUAM üzrə tərəfdaşların onunla rəftarı barəsində Kiyevin mövqeyini gözləmək məqsədəuyğun olardı.

Qeyd edək ki, Ukrayna Milli Bankı Ukrayna banklarına Rusiya Federasiyasının Krımın təsviri olan banknot və sikkələri ilə əməliyyat keçirmələrini qadağan edib.

Son xəbərlər
Digər xəbərlər