“Expressbank” ASC strateji baxışı və maliyyə göstərəciləri ilə ölkədə geniş satış şəbəkəsinə malik aparıcı banklardan biridir.
Şəffaflıq, innovativlik, sürətlilik, etibarlılıq və rahatlıq dəyərləri üzərində bank fəaliyyətini quran Expressbank müştərilərə peşəkar işçi heyəti ilə geniş bank xidmətlərini təqdim edir.
Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.
İşçi sayı 700-ə yaxın olan və ölkə üzrə 16 filialdan ibarət Expressbank daim peşəkar inkişafı hazır olan əməkdaşlar axtarışındadır.
Vakansiyanın adı: Kiçik və orta biznes kreditləri bölməsi / Mütəxəssis
Tələblər:
– Ali iqtisadi təhsil;
– Biznes kreditlərlə iş sahəsində 2-3 il iş təcrübəsi;
– Təhliletmə qabiliyyəti
– Azərbaycan dilində sərbəst danışıq bacarığı;
– Analitik düşüncə;
– Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
– Yeni korporativ müştərilərin cəlb edilməsi (Müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq, müştərilərə bank məhsulları haqqında tam, dolğun, dəqiq məlumatlar vermək);
– Biznes kreditləri üzrə sifarişlərin qəbul edilməsi, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi;
– Biznes kreditlərinin təhlil edilməsi, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirilməsi;
– Rəhbərliyə gündəlik, həftəlik və aylıq satış haqqında hesabatların hazırlanması;
– Korporativ satış bazasının mütəmadi olaraq inkişaf etdirilməsi;
– Satış texnikaları üzrə biliklərin işində tətbiq edilməsi;
– Müştəri məmnuniyyətinin təmin edilməsi;
– Bankın işgüzar nüfuzunun qorunması.
Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla tanış olaraq, CV-lərini [email protected] email ünvanına göndərə bilərlər.