13 C
Baku
Monday, May 6, 2024

İT departamentinin Texniki Dəstək şöbəsinə Mütəxəssis – “Ziraat Bank Azərbaycan” ASC

“Ziraat Bank Azərbaycan” ASC İT departamentinin Texniki Dəstək şöbəsinə

Mütəxəssis/ Aparıcı mütəxəssis/ Baş mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

  • Texniki ali təhsil;
  • Şəbəkə texnologiyaları üzrə biliklər;
  • Virtual sistemlər: VMware Vcenter, ESXi üzrə işləmək bacarığı;
  • Microsoft texnologiyaları: Windows 7-8.1, Windows Server 2003/2008/2012 üzrə işləmək bacarığı;
  • Terminal Server, MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Mail üzrə işləmək bacarığı;
  • Ehtiyyat nüsxəsinin yaradılması: Symantec, Veeam Backup&Replication, Acronis üzrə işləmək bacarığı;
  • Antivirus sistemləri ilə işləmək bacarığı;
  • İnformasiya təhlükəsizliyi üzrə biliklər;
  • Rus və ingilis dili bilikləri arzuolunandır;
  • Müvafiq sahə üzrə 3 il təcrübə.

 

Əsas vəzifələr:

  • Şəbəkə xidmətinin daim işlək vəziyyətdə olmasının təmin edilməsi;
  • Mərkəzləşdirilmiş şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat, səsli və informasiya kommunikasiyaları sistemlərinin dəstəklənməsi;
  • Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daim işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi;
  • Elektron poçt ünvanlarının işlək vəziyyətdə olmasının təmin edilməsi;
  • Bankın struktur bölmələrinin idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə təmin edilməsi;
  • Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;
  • Məlumatların elektron arxivləşdirilməsi işinin təşkil edilməsi;
  • Server avadanlıqlarının administrasiyası və texniki dəstəklənməsi;
  • Virtual sistemlərin administrasiyası və texniki dəstəklənməsi;
  • Ehtiyyat nüsxələrinin yaradılması sistemlərinin administrasiyası;
  • Proqram təminatının monitorinqlərinin aparılması;
  • Sistem problemlərinin həlli və diaqnostikası;
  • Avadanlıqların quraşdırılması və sazlanması;
  • Dəyişikliklərin sənədləşdirilməsi.

Maaş:  1000 AZN – 1600 AZN

Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 5-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində TEXNİKİ DƏSTƏK qeyd etməyiniz vacibdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər