Banklar daxili işçi heyətinə lazımi dəyər vermir və menecer kimi kənardan işçi qüvvəsi cəlb edirlər.
Banker.az xəbər verir ki, bu barədə Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının (ABA) Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev deyib.
“Halbuki, istedadları müəyyən etmək, daxildən gələcək menecerlər yetişdirmək lazımdır. Kənardan işçi cəlb etmək demotivasiyaya səbəb olur, buna görə də daxili təhsil potensialını inkişaf etdirmək lazımdır”- deyə, o bildirib.






