Have a Question?
Aktivlərin qarşılanma əmsalı (asset coverage ratio) təşkilatın sahib olduğu aktivlər hesabına öz borclarını ödəmək bacarığını ölçür. Əmsal aktivlərin hansı bir hissəsinin borcun qarşılanması üçün istifadə olunacağını göstərir. Bununla belə, bu zaman yalnızca maddi və pul aktivlərindən istifadə olunur. Sözügedən bu əmsal investorlara müəssisənin gözlənilən iş uğurlarını, ödəniş bacarığının olmaması ehtimalını, müflislik halını qiymətləndirməyə imkan verir.
Hesablanma düsturu:
Aktivlərin qarşılanma əmsalı üç mərhələdə hesablanır:
- Qısa müddətli kreditlər və borclar çıxılmaqla cari öhdəliklər müəyyən edilir.
- Sahib olunan aktivlərin ümumi dəyərindən qeyri-maddi aktivlərin dəyəri çıxılır, bundan sonra əldə edilən məbləğdən 1-ci addımda hesablanan göstərici çıxılır.
- 2-ci addımda alınan məbləğ şirkətin bütün öhdəliklərinin məbləğinə bölünür (uzunmüddətli və qısamüddətli).
Nəticədə, aktivlərin qarşılanma əmsalının hesablanması düsturu aşağıdakı formanı alır:
Aktivlərin qarşılanması əmsalı = ((Aktivlər – Qeyri-maddi aktivlər) – (Qısamüddətli öhdəliklər – Qısamüddətli kredit və borclar)) / Öhdəliklər
Bu əmsal üçün müəyyən edilmiş normativ dəyər yoxdur, lakin adətən, sənayedə aktivlərin qarşılanma əmsalı ən azı 2, xidmət şirkətlərində isə 1.5 hesab olunur. Bu əmsalın artırılması təşkilat tərəfindən fəal olaraq borc vəsaitlərinin cəlb edilməsinə gətirib çıxarır.
Aktivlərin qarşılanma nisbəti digər maliyyə əmsalları, likvidlik əmsalları və ödəmə qabiliyyəti əmsalları ilə birlikdə təhlil edilməlidir. Bundan əlavə, bir faktı yadda saxlamaq lazımdır ki, aktivlərin balans dəyəri onların bazar dəyərindən əhəmiyyətli dərəcədə fərqlənə bilər.