Azərbaycan Prezidenti İlham Əliyev Davosda bir sıra şirkət rəhbəri və nümayəndələri ilə görüşüb.
Banker.az xəbər verir ki, Prezidentin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərində bu reallaşıb.
Məlumata görə, İlham Əliyev Davosda Rusiyanın “LUKOİL” şirkətinin prezidenti əslən azərbaycanlı olan Vahid Ələkbərov ilə görüşüb.
Görüşdə “LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olunaraq, şirkətin 20 ildən çox olmaqla ölkəmizə sərmayələr qoyduğu qeyd edilib. Bundan əlavə, “LUKOİL”-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirilərək və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten və “Chevron” şirkətinin vitse-prezidenti Cey Prayer ilə görüşlər keçirib.