6 C
Baku
Sunday, December 15, 2024

Strateji Yol Xəritəsi-nin icrası istiqamətində sahibkarlarla görüş keçirildi

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji yol Xəritəsi”nin “Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən 01 fevral 2018-ci il tarixdə “Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar” mövzusunda tədbir keçirildi.

Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatası, ASK, Bakı Fond Birjası (BFB), Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri (AFBİA) və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar (hüquqi şəxslər) iştirak etdilər.

Tədbirin məqsədi sahibkarlara klassik maliyyələşmə mənbələrinə alternativ olaraq kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarının təşviqi, fond birjasında listinqə çıxış və kapital bazarlarında investisiyalar barədə məlumatların verilməsi olmuşdur. Tədbirdə şirkətlərə kapital bazarları və onun üstünlükləri barədə ətraflı məlumat verilmiş, Palata, Bakı Fond Birjası və AFBİA tərəfindən üç mövzuda təqdimatlar keçilmiş, sonda kapital bazarlarından maliyyələşmə və kapital bazarlarında investisiya məsələləri üzrə geniş müzakirələr aparıldı.

İnteraktiv formatda keçirilən tədbirdə eyni zamanda BFB tərəfindən həyata keçirilən və kapital bazarları vasitəsilə maliyyələşmək niyyətində olan şirkətlərə “Listinq Məsləhət Proqramı” haqqında ətraflı məlumat verilmiş, onların çoxsaylı sualları cavablandırdılar.

Son xəbərlər
Digər xəbərlər