25 C
Baku
Monday, April 29, 2024

Reklam, marketinq və xüsusi layihələr şöbəsinin müdiri – Bank VTB (Azərbaycan)

Reklam, marketinq və xüsusi layihələr şöbəsinin müdiri

Tələblər:

  • Profilli ixtisas üzrə ali təhsil (marketinq, PR, iqtisadiyyat);
  • Analoji vəzifədə azı üç illik iş təcrübəsi (bank sahəsində);
  • Reklam işi və kütləvi informasiya vasitələri ilə iş metodlarına bələd olmaq;
  • Qısamüddətli və uzunmüddətli marketinq strategiyasının hazırlanması və reallaşdırılması sahəsində təcrübə;
  • Reklam və marketinq xərclərinin büdcələşdirilməsi və sonrakı nəzarəti həyata keçirmək təcrübəsi;
  • Bank məhsulların xarakteristikası və istehlak xüsusiyyətlərini bilmək, istehlakçıların həvəsləndirilməsinin təhlili;
  • Brendin formalaşdırılması və onun strategiyasına dəstək və onun məhsul çeşidləri ilə əlaqəsi;
  • Azərbaycan, rus və ingilis dillərində səlis danışmaq, bu dillərdə işgüzar yazışma aparmaq bacarığı;
  • InDesign, Adobe Illustrator, Photoshop, QuarkXPress, Adobe Flash, Corel Draw proqramlarında işləmək bacarığı;
  • MS Office proqramını yüksək səviyyədə bilmək;
  • İdarəçilik keyfiyyətləri, strateji qavrayış, təfəkkürün sistemliliyi;
  • Stressə davamlılıq, məhdud vaxt şəraitində çoxlu sayda tapşırıqların öhdəsindən gəlmək bacarığı;
  • Kreativlik, ideyaların generasiyası, işə yaradıcı yanaşma.

 Vəzifələr:

 

  • Bazarda Bankın biznesinin inkişafı üçün uzunmüddətli və qısamüddətli marketinq proqnozlarının qurulması;
  • Seqmentlər, müştərilər, satış kanalları, məhsulların qurulması, tətbiqi və marketinq mənfəətliliyinin qiymətləndirilməsinin müşayiəti;
  • Biznes və məhsulların rəqabətə davamlılığının təhlili;
  • Marketin tədqiqatlarının aparılması;
  • Bankın strategiyasının reallaşdırılması üçün marketinq tədbirlərinin hazırlanması və həyata keçirilməsi;
  • Marketinq büdcəsinin hazırlanması, istifadəsi və ona nəzarət;
  • Marketinq və irəli çəkilmənin optimal metodikalarının bələd olma və tətbiqi;
  • Marketinq mənfəətliliyinin artımına yönəlmiş tədbirlərin təşkili;
  • İşə salınmış proqramların marketinq səmərəliliyinin qiymətləndirilməsi;
  • VTB brendinin saxlanması üzrə layihələrin əlaqələndirilməsi və həyata keçirilməsi şirkətin brendinin bazarda strategiyanın hazırlanması;
  • Bütün kommunikasiya daşıyıcılarında firma üslubuna riayət olunmasına nəzarət, brendbuk ilə iş;
  • Şirkətin imicinin və məhsullarının tanınmasına yönəlmiş reklam kampaniyalarının səmərəliliyinin qiymətləndirilməsi;
  • VTB brendinin tələblərinə uyğun olaraq ofislərin xarici və daxili tərtibatı;
  • Konfrans sərgi, sponsorluq və xeyriyyə tədbirlərinin  hazırlanması və tərtibatında iştirak;
  • Komandanın effektiv idarə edilməsi: planlaşdırma, işlərin təşkili, bölüşdürülmüş səlahiyyətlərin ötürülməsi, heyətin birbaşa və dolayı həvəsləndirilməsinin üz
  • Rində işləmək, marketinq və reklam planlaşdırılmasının həyata keçirilməsinin bütün mərhələlərinə nəzarət.

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər