11 C
Baku
Tuesday, November 26, 2024

“Bank VTB (Azərbaycan)”nın səhmdarları birləşib – AÇIQLAMA

“Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları “Bank VTB” və “Bank VTB 24” yenidən təşkil olunublar.

Bu barədə Banker.az “Bank VTB (Azərbaycan)” ASC İdarə Heyətinin Sədrinin açıqlamasına istinadən bildirir.

Məlumata görə, yenidən təşkil olunma nəticəsində “Bank VTB 24” 03.10.2017-ci il tarixli Qoşulma Müqaviləsinə əsasən “Bank VTB”yə qoşularaq 1 yanvar 2018-ci il tarixindən ləğv olunub.

Məlumatda həmçinin bildiririk ki, “Bank VTB 24″yə məxsus “Bank VTB (Azərbaycan)” ASC-nin 124 496 737 ədəd adi adlı sənədsiz səhmləri hüquq varisliyi qaydasında “Bank VTB (Rusiya) ” PSC-yə keçib. Beləliklə “Bank VTB (Rusiya)” PSC-nin bankdakı səhmlərinin pay bölgüsü 99,99% olub.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC-nin nizamnamə kapitalı hazırda 50 815 000 manatdır.

Xatırladaq ki, “Bank VTB (Azərbaycan)”nın səhmlərində bundan öncə 51,00% – “Bank VTB (Rusiya)”, 48,99% – “Bank VTB 24 (Rusiya)” və 0,01% – Adigözəl Ağayevə məxsus idi.

Son xəbərlər
Digər xəbərlər