Belə mühərriklər kommersiya avtomobilləri, həmçinin pikaplar üçün bir variant olaraq qalacaq.
İtaliya-ABŞ avtomobil şirkəti Fiat Chrysler Automobiles (FCA) 2022-ci ilədək dizel mühərriyinə malik minik avtomobillərinin istehsalını tamamilə dayandırmaq niyyətindədir. Detroit Free Press bu haqda məlumat verir.
Şirkətin mətbuat xidmətinin məlumatına görə, bunun səbəbi bu avtomobillərə olan tələbatın kəskin azalması və xərclərinin sürətlə artması olmuşdur.
Agentlik qeyd edir ki, Volkswagen hadisəsindən sonra Avropada qaydalar sərtləşdi, bir sıra şəhər və bölgələr dizel mühərriklərinin istifadəsini tamamilə qadağan etmək qərarına gəldi. İndi Avropa Birliyi qaydalarına uyğun istehsal onların dəyərini 20% artıracaq, elektrik avtomobillərin istehsal xərcləri isə azalmağa davam edəcəkdir.
Jato Dynamics-in məlumatına görə, 2017-ci ildə bu maşınların Avropada satışı 8% azalıb və bazarda onların ümumi payı 43,8% -dək düşüb. Eyni zamanda, avtomobil istehsalçıları arasında FCA Avropa bazarında dizel avtomobillərinin satışında artımı olan yeganə şirkətdir, FCA satış strukturunda onların payı 2016-cı ildə 40.4% -dən 2017-ci ildə 40.6% -dək yüksəlib.
Rəsmi olaraq 1 iyunda açıqlanacaq 4 illik plana əsasən, bu brend qrupuna məxsus bütün modellərin istehsalında FCA dizel mühərriklərinin istifadəsini tədricən dayandırmaq niyyətindədir.
FCA dizel mühərriklərini ABŞ-da pikaplar daxil olmaqla (məsələn, məşhur RAM 1500) kommersiya avtombilləri üçün bir variant kimi saxlayacağı gözlənilir.
Xatırladaq ki, Jeep, Ram, Dodge, Chrysler, Maserati, Alfa Romeo və Fiat kimi brendlər də FCA şirkətinə məxsusdur.
UBR.UA-in verdiyi məlumata görə, dünyada elektrik avtomobillərin satışı rekord dərəcədə artıb. Avropa bazarında real rəqib meydana çıxacaq, məlumatlara görə, bu satışların yarıdan çoxu Çinin payına düşür.