11 C
Baku
Tuesday, November 26, 2024

Bankların auditinin xarici və yerli auditorın birgə aparması təklif olunur

Azərbaycanda iri şirkətlərin auditinin xarici və yerli auditorlar tərəfindən birgə aparılması daha məqsədə uyğundur.

Belə bir təkliflə Azərbaycan parlamentinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bu gün Bakıda “Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq” mövzusunda keçirilən elmi-praktiki konfrans zamanı çıxış edib.

Onun sözlərinə görə, banklar və iri şirkətlər xarici auditorlar tərəfindən yoxlanılsa da, problemlər ortaya çıxarılmamış və son nəticədə, yük dövlətin üzərinə düşüb.

Z.Səmədzadə qeyd edib ki, ona görə də bankların və iri şirkətlərin xarici auditorlar tərəfindən yoxlanılması prosesində Auditorlar Palatasının tövsiyə etdiyi yerli auditorların da iştirakı yaxşı nəticə verə bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər