“Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin yeni adi sənədsiz adlı səhmlərini alan iki şəxsin adı açıqlanıb.
Banker.az xəbər verir ki, Bakı Fond Birjasında və “Milli Depozit Mərkəzi”də “Rabitəbank” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 4 insayder əqdi bağlanılıb.
Qiymətli kağızlardan ikisi “Azfinance” investisiya şirkətinin vasitəçiliyi ilə Abasova Validə Maarif qızı tərəfindən alınıb. Əqdlərdən hər birinin dəyəri 20.29 manat olmaqla, ümumi 5 28 602 ədəd səhm və ümumi dəyəri 10 725 335 manat həcmindədir. Qeyd edək ki, Validə Abasovanın Bankın nizamnamə kapitalındakı payı bu günə qədər 22,22%-ə qədər idi.
Qiymətli kağızları digəri “Azfinance” investisiya şirkətinin vasitəçiliyi ilə Rauf Zeynal oğlu Əliyev əldə edib. Belə ki, əqdlərdən ikisi Bankın hər birinin nominal dəyəri 20,29 manat olan 515 517 ədəd səhm əldə edilməsini nəzərdə tutulan ümumi dəyəri 10 459 840 manat təşkil edib. Bununla da, onun “Rabitəbank”dakı səhmlərinin sayı 1 497 783-ə çatıb. Rauf Əliyev həm də “Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarıdır.
Qeyd olunan hər iki investorun bankın səhmlərinin 30%-nə nəzarət edirlər. Yeni səhmdarların hər ikisi ümümilikdə bankın 60%-nə sahibdirlər.
Xatırladaq ki, “Rabitəbank” ASC-nin nizamnamə kapitalı 101.3 mln. manat təşkil edir.