“PSG Kapital İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 1 mln. manat və yaxud 2 dəfə artıraraq 2 mln. manata çatdıracaq.
Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd yeni səhm buraxacaq.
Səhmləri şirkətin yeganə səhmdarı olan Faiq Məmmədovun əldə edəcəyi gözlənilir. Proses yekunlaşdıqdan sonra “PSG Kapital” ölkədə ən çox nizamnamə kapitalı olan investisiya şirkəti olacaq və kapitalı hazırda 1,55 mln. manat olan “Azfinance İnvestisiya Şirkəti” QSC-ni üstələyəcək.
©Report