İstehlak kreditləri təyinatına görə bir neçə qrupa ayrılır. Bunlara misal olaraq nağd pul kreditlərini, taksit və kredit kartlarını, avtomobil və daşınmaz əmlak girovu ilə verilən kreditləri, ipoteka kreditlərini və lombard kreditlərini göstərmək olar.
Lombard kreditləri – qiymətli zinət əşyalarının girov şəklində götürülməsi ilə verilən kreditlərdir. Bu növ kreditlərin yuxarıda sadalanan digər istehlak kreditlərindən əsas fərqi müştərinin rəsmi gəliri ilə bağlı heç bir tələbin olmamasıdır. Yəni, digər istehlak kreditlərindən fərqli olaraq Lombard kreditlərinin verilməsi zamanı banklar iş yerindən arayış və ya gəlirləri təsdiq edən digər növ sənədlət tələb etmirlər. Həmçinin bu krediti müştərilər üçün əlçatan edən məqamlardan biri də, qeydiyyat və zamin tələbinin olmamasıdır.
Lombard kreditlərinin məbləğinin təyin edilməsi zamanı LTV (loan to value) əmsalından istifadə edilir. Bu kreditlər üzrə rəsmi gəlir tələbinin olmamasına baxmayaraq Maliyyə Bazarlarına Nəzarət Palatas (MBNP) tərəfindən kreditlərin verilməsi prosedurunu tənzimləmək məqsədilə bu əmsalın Banklarda tətbiqinin zəruriliyi haqqında qərar qəbul edilib. MBNP-nin qərarına əsasən LTV əmsalı 70%-dən çox ola bilməz. Sadə dillə izah versək, verilmiş Lombard kreditinin əsas borcu, ödəniləcək faiz məbləği və komissiya məbləğlərinin cəmi Banka girov qoyulan qızılın dəyərinin 70%-dən çox ola bilməz.
Lombard kreditlərinin hansı banklarda və hansı şərtlərlə verilməsi ilə bağlı apardığımız araşdırma nəticəsində məlumuz oldu ki, bu növ kreditlər çox az sayda Banklar tərəfindən təklif edilir. Bizə görə bunun səbəbi müvafiq kreditlərin riskli kreditlər kateqoriyasına aid edilməsi və müstəqil şəkildə fəaliyyət göstərən Lombard təşkilatlarının sayının son dövrlərdə artmasıdır. Həmçinin müvafiq kreditlərin biznes proseslərinin tənzimlənməsi (qızılın zərgər tərəfindən qiymətləndirilməsi, qızılın kassada saxlanması və s.) də banklarda əlavə maddi və insan resurslarının cəlbinə gətirib çıxarır.
Mövzunu çox uzatmadan Lombard krediti təklif edən Bankların siyahısını müvafiq şərtlərlə birgə təqdim edirik. Düşünürük ki, aşağıdakı cədvəl Sizlərə daha sərfəli Lombard kreditini tapmağa kömək edəcək:
Banklarda qızılın qiymətləndirilməsi prosesində cüzi də olsa fərqlər olduğu üçün cədvəlin sonuncu sütununda rahat müqayisə apara bilməyiniz üçün 12 ay müddətə 1000 AZN kredit üçün tələb edilən qızılın miqdarı qeyd edilmişdir.
Bank | Maksimal məbləğ | Müddət | İllik faiz dərəcəsi | Komissiya | 12 aylıq 1000 AZN kredit üçün tələb edilən qızıl (qramla) | ||
Kreditin təhlilinə görə | Qızılın qiymətləndirilməsinə görə | 585 əyar | 750 əyar | ||||
Bank Respublika | 10 000 AZN | 6 – 36 ay | 6 ay – 26%
12 ay – 30% 18 ay – 32% 24 ay və çox – 34% |
1% | 10 AZN | 31 qram | 24 qram |
ExpressBank | 15 000 AZN | 3 – 30 ay | 28% – 36% | 1% | Kredit meblegi
1000 AZN-dek – 5 AZN 1001 – 5000 AZN – 10 AZN 5001 AZN ve cox – 15 AZN |
30 qram | 24 qram |
Turanbank | Fərdi baxılır | 1 – 24 ay | 36% | 1% | Kredit meblegi
1000 AZN-dek – 5 AZN 1001 – 3000 AZN – 10 AZN 3001 AZN ve cox – 20 AZN |
32 qram | 26 qram |