Çində əcnəbi tələbənin yaşadıqları
- Əgər sən bir çinliyə bənzəmirsənsə, o zaman küçədə insanlar səni barmaqla göstərib səni müzakirə etməyə başlayacaqlar.
- Çin yataqxanasının standart otağında 6, yaxud 8 tələbə yaşayır.
- Bu yataqxanalarda mətbəx yoxdur və hər mərtəbədə cəmi 1 yaxud 2 ayaq yolu var.
- Qızlar və oğlanlar ayrı yaşayır.
- Məktəblərdə dərslər 8.00-da başlayır və 17.00-da bitir. Dərslər vaxtından bir az əvvəl bitə bilər. Lakin şagirdlər buna baxmayaraq, siniflərdə oturmalı və dərslərini hazırlamalıdırlar.
- Valideynlər hər gün şagirdləri məktəbə gətirir və evə aparırlar. Çünki burada çox tez-tez uşaqlar oğurlanır, əlləri, barmaqları, ayaqları sındırılır və əvəzində pul istənilir.
- Bu ölkədə ən yaxşı müəllimlər eyni sinifdə 70-90 şagirdə dərs keçən müəllimdir. Müəllim nə qədər pisdirsə, bir o qədər sinfində az şagird olur.
- Əgər sən əcnəbisənsə sənin üçün əşyalar və paltar 3-4 dəfə bahadır.
- Ən yaxşısı alış-verişə bir çinli ilə getməkdir. Bu zaman səni daha az aldadırlar.
- Əgər siz qızsınızsa və burada iki oğlanın dava etdiyini görürsünüzsə ən yaxşı davaya qarışmamaqdır. Çünki bu zaman qızları da oğlanlar kimi döyəcəklər. Burada cinsinizin fərqi yoxdur.
- Çinlilər üçün “qız və oğlan dostluğu” deyilən bir anlayış yoxdur. Əgər iki şəxs yaxşı münasibətlərə sahibdirlərsə və uzun müddətdir ki, bir yerdə görünürlərsə demək sevgilidirlər.
- Sevgililər adətən eyni paltarda gəzirlər.
- Bütün otaqlardakı və siniflərdəki divarlar ağ rəngdədir və divar kağızı yoxdur.