20 C
Baku
Saturday, September 21, 2024

Bitcoin-lə varlanan norveçli

Norveçli tələbə Kristofer Koch kriptovalyuta ilə yaxşı sərvət əldə edə bilib. 2009-cu ildə o məlumatların kriptoşifrələnməsi üzərində referat işi yazırdı və virtual valyuta mövzusu ilə maraqlanırdı. Kristofer sınaq üçün 27 dollar ödəyərək 5000 bitcoin alır. Tezliklə o bu bitcoinləri elektron pulqabıya ataraq onlara sahib olduğunu unudur.

2013-cü ilin aprelində bitcoinlərin məzənnəsi rekord həddə, yəni 266 dollara qalxır və Koch öz bitcoinlərini xatırlayır. O xoş təəccüblə öyrənir ki, artıq onun 886 min dollara yaxın pulu var. O tezliklə bu bitcoinlərin 1000-ni satır və Norveçin paytaxtında prestijli rayonda özünə üçotaqlı mənzil alır.

ibmulyfQr9Wgph

Hər il keçdikdə ölkələrin əksəriyyəti bitcoin-ləri pul növü kimi qəbul edirlər. Və bu valyutanın ilk yaradıldığı dövrdəki dəyəri ilə bu gün ki günümüzdəki dəyəri arasındakı fərq inanılmazdır.

Dörd il əvvəl Koch-un sevgilisi onun bitcoin almasını ağılsızlıq adlandırsa da, bunun zamanla yüksək uğurlu yatırım olduğunu etiraf etdi.

Son xəbərlər
Digər xəbərlər