“Silk Way Holding” MMC-yə daxil olan “Silk Way Airlines” MMC-nin Dubaydakı (BƏƏ) beynəlxalq ofisinin Azərbaycanda filialı açılıb.
Bu barədə mənbə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirlik “Silk Way Cargo Services FZE” şirkətinin yerli filialını dövlət qeydiyyatına alıb. Filialın hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 21, qanuni təmsilçisi isə Camal Adil oğlu Paşayevdir.