7 C
Baku
Sunday, December 15, 2024

MBA məzunlarına iş: həyatda öz yerinizi tapın

MBA proqramı tələbələr qarşısında onların əvvəllər heç vaxt qarşılaşmadıqları yeni imkanlar açır. Bu imkanlar onların hətta başlarını belə gicəlləndirə bilər.

Dərslər başlamamışdan öncə biznes məktəblərin gələcək tələbələri məsləhətçilərlə ixtisas seçimi ilə bağlı söhbətlər aparırlar. Bu zaman yay təcrübələri, diplom aldıqdan sonra nə ilə məşğul olmaq barədə söhbətlər aparılır.

Təhsil ilinin başlanğıcında bu mövzuları müzakirə etmək hər kəs üçün maraqlıdır. Tələbə biznes məktəbə daxil olduqda, artıq məzun olduqdan sonra çalışacağı işi ilə bağlı müəyyən təsəvvürlərə malik olur. Lakin MBA proqramı məzunlarının qarşısında əvvəllər heç qarşılaşmadığı imkanlar açır.

Marta Stüart həyatda öz yerini necə tapdı?

Bu yaxınlarda Marta Stuart LinkedIn-də həyatda öz işinizi seçərkən məzh aid olduğunuz işi tapmaq barədə yazmışdır. O belə hesab edir ki, insan ürəyinin ona əmr etdiyi istənilən işlə məşğul ola bilər. Stuart özünü evdarlıq və kulinariyada tapdı, bundan əvvəl isə o maliyyə sahəsində işləyirdi.

Son nəticədə Stuart həyatda öz yerini taparaq uğura nail oldu. Qarşısında yeni imkanlar açılan birinci kurs tələbələri onun nümunələrinə diqqət yetirsələr yaxşı olardı. Ola bilsin ki, siz də Stuart kimi ilk başdan öz aid olduğunuz işi tapmayasınız. Qorxulu heç nə yoxdur. Yadda saxlayın: karyera artımı bir çox mərhələlərdən ibarətdir.

Qarşınıza məqsəd qoyun və imkanları dəyərləndirin:

Həyatda öz yerinizi tapmaq cəhdlərində sizi ilhamlandıran cəhətin sadəcə arzu olmadığını anlamaq vacibdir. Uğura nail olmaq üçün məhz nə ilə məşğul olmaq istədiyinizi və bunun nə qədər real olduğunu dəqiqliklə təsəvvür etmək lazımdır. Bir çoxları ürəyinin səsinə qulaq asmağa çalışıb, lakin bu heç də hamıda alınmayıb. Lakin hər bir halda cəhd etməsəniz, arzunuzu həyata keçirib keçirə bilməyəcəyinizi müəyyən edə bilməyəcəksiniz. Biznes məktəbdə təhsil aldığınız ilk üç həftə bütün imkanları saf-çürük etmək üçün ən yaxşı zamandır.

Kömək üçün digər tələbələrə, müəllimlərə və məsləhətçilərə müraciət edə bilərsiniz. Əgər siz hələ də bunu etməmisinizsə, nəyə istiqamətlənəcəyinizi yaxşıca düşünün.

Son xəbərlər
Digər xəbərlər