15 C
Baku
Sunday, November 10, 2024

100 dollarla haralarda yaşamaq olar?

Aşağıda sizə yaşamaq üçün cəmi 100 dolların da kifayət edəcəyi şəhərlərin siyahısını təqdim edirik.

1-ci yer — Madaqaskar

Turistlər üçün ən ucuz yer Madaqaskardır. Bu ölkədə yaşamaq üçün iki günə cəmi 31,64 dollar sərf edə bilərsiniz. Həm bu ölkədə əlavə şeylərə pul xərcləməyə şərait də yoxdur.

Çünki burada nə muzey, nə teatr, nə də kitabxana var.

2-ci yer — Sinqapur

Sinqapurda isə sahib olduğunuz 100 dollardan 33,33 dollarını sərf edə bilərsiniz. Burada əsas xərciniz yalnızca qida üçün tələb olunacaq. Çünki Sinqapurda şəhərin istənilən parkında çadırınızı quraraq gecələyə bilərsiniz. Bu zaman tələb olunan yeganə şey icazə almağınızdır. Parkda isə bir ayda 8 dəfə çadır qurub gecələyə bilərsiniz.

3-cü yer — Bali

Balidə isə 100 dollardan 46,44 dolları sərf olnacaq. Burada insansızlıqdan əziyyət çəkən bir otel taparaq günə 6 dollar verməklə gecələyə bilərsiniz.

4-cü yer — Nayrobi

Keniyanın paytaxtı Nayrobiyə səyahət edən turist iki günə 55.90 dollar sərf edir. Burada gecələmək üçün kiçik “otel”-ə 24,5 dollar ödəyə bilərsiniz. İki yeməkdən ibarət nahar vəetnoqrafik muzeyə giriş bileti demək olar ki, eyni məbləğə – 7 dollaradır.

5-ci yer — Manaqua

Ən ucuz şəhərlər sırasında Manaqua ən “bahalı” şəhər oldu. Manaqua Nikaraqua-nın paytaxtı və böyül şəhəridir. Burada 100 dollara sahib turist bu məbləğin 63,81 dollarını xərcləyərək zamanını keçirə bilər.

Son xəbərlər
Digər xəbərlər