Sentyabrın 12-də Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan məlumat verilib.
Foruma Çex Respublikası iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin qatılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanla Çexiya arasında əmtəə dövriyyəsi bu ilin yanvar-iyulunda 473 milyon dollar təşkil edib. Bunun təqribən 394,3 milyon dolları Azərbaycan məhsullarının Çexiyaya ixracının payına düşür.