6 C
Baku
Sunday, December 15, 2024

Telman İsmayılov müğənni Avraam Russo-nu qaçırılmasında  şübhəli bilinir

Rusiya İstintaq Komitəsi müğənni Avraam Russo-nun qaçırılmasında Cherkizovsky bazarın keçmış sahibi  Telman İsmayılov şübhəli bilir . Hazırda bu işlə bağlı «Prague» restoranının keçmiş baş icraçı direktoru saxlanılıb.

Avraam Russo «Kommersant» qəzetinin verdiyi məlumata görə,  17 sentyabrda polisə ərizə ilə müraciət edərək 2004-cü ildə Moskvanın mərkəzində qaçırıldığını bildirib. Müraciətdən sonra 4:30 MSK-da cinayət işi başlanılıb və  yarım saat sonra «Praqa» restoranın keçmiş direktoru Zaur Mərdanov həbs edilib. Onun evində axtarış aparılıb, sorğuya alınıb, sonra isə  həbs edilib.

Ancaq müstəntiqlər hesab edirlər ki, oğurluğun təşkilatçısı AST Telman İsmayılovdur. O, bir zamanlar Russonun konsert fəaliyyətini maliyyələşdirdi, ancaq onunla müğənni arasında qarşıdurma olduğu iddia edilirdi. «Kommersant»-in işin materallarına  istinadən verdiyi məlumata görə, İsmayılov cinayətkar qrup üzvləri arasında rolları paylayıb v bu şəxslər arasında  qardaşı oğlu Mərdanov və beş «naməlum şəxslər» olub.

Nəticədə, materiala görə, 31 yanvar 2004-cü ildə  İsmayılov, «Praqa» restoranında Russonu  nahara dəvət edib, sonra  rəsmi ofisinə aparıb və Mərdanovla birgə  müğənnini döyüb. Daha sonra  Russodan  konsertləri ləğv etməyi və İsmayılovla müqavilə bağlamaq istəyiblər.

Bundan sonra müğənninin sözlərinə görə,  Aprelevkada yerləşən bir evə aparıblar. Russo onu qaçıranların bütün tələblərini yerinə yetirmək üçün razılaşdıqdan sonra  azad olunub.

 

Telman İsmayılovun vəkili Marina Rusakova bu hekayəni absurd adlandırıb. Onun sözlərinə görə, 14 il sonra ciddi cinayətin törədilməsini elan etmək mantiqsizdir. 4: 30-da cinayət işinin təcili açılmasıda təəcüblüdü. Vəkil, Avraam Russoya qarşı 2006-ci ildə törədilmiş qaçırılma cəhdi zamanı,onun bu barədə heçnə deməməsinidə şübhəli olduğunu bildirdi.

2017-ci ilin dekabrında İstintaq Komitəsi İsmayılovun İnterpol xətti ilə axtarışını təşkil etmək üçün Baş Prokurorluğa sorğu göndərib. «İstintaq zamanı Telman İsmayılovun iki iş adamının  cinayətinin təşkilatçısı olduğu məlum olub- [alışveriş merkezinin sahibi] Vladimir Savkin və [«Lyublino Motors»-un qurucusu] Yuriy Brılev» .Tədqiqatçıların sözlərinə görə, Telman İsmayılov cinayət planını, « qardaşları Rafiq və Vaqif ilə birlikdə»qurub.

 

 

Son xəbərlər
Digər xəbərlər