6 C
Baku
Sunday, December 15, 2024

Əmlak Məsələləri Dövlət Komitəsinə səlahiyyət verilib

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərmanına dəyişiklik edilib. Bu barədə Banker.az Prezidentin bu gün imzaladığı fərmana istinad edir.

Fərmanda deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.0.15-ci yarımbəndə “təqdim etmək,” sözlərindən sonra “dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 3.0.15-1-ci yarımbənd əlavə edilsin:

“3.0.15-1. strukturuna daxil olan qurum vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılıq vermək;”.

2. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.0.3-cü yarımbəndə “təqdim etmək,” sözlərindən sonra “dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 3.0.3-1-ci yarımbənd əlavə edilsin:

“3.0.3-1. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılıq vermək;”.

Son xəbərlər
Digər xəbərlər