9 C
Baku
Thursday, December 12, 2024

Aparat rəhbəri vəzifəsindən azad edilib

Rasim Quliyev BŞİH-nin Aparat rəhbəri vəzifəsindən azad edilib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Eldar Əzizovun əmri ilə BŞİH Aparatının rəhbəri Rasim Quliyev tutduğu vəzifədən azad olunub. Bu barədə politoloq Azər Rəşidoğlu öz “Facebook” profilində məlumat yayıb.

“Rasim Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib.” — deyə A.Rəşidoğlu bildirib.

Rəşidoğlunun yazdığına görə, E.Əzizovun bu qərarı birmənalı qarşılanmayıb: “Narazılıq yarandığını görən Əzizov Quliyevə xarici əlaqələr şöbəsinin sədri vəzifəsini təklif edib. Hələlik Quliyevin bu təklifə razılıq verib-vermədiyi bəlli deyil”.

O, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib.

 

Son xəbərlər
Digər xəbərlər