10 C
Baku
Thursday, December 12, 2024

“Paşa Sığorta”da yeni təyinat olub

“PAŞA Sığorta” ASC-nin rəhbərliyində yeni təyinat baş tutub.

Fariz Əzizov PAŞA Sığorta şirkətinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub. Qeyd edək ki, Fariz Əzizov bir neçə ay əvvələ qədər İcbari Sığorta Bürosunun icraçı direktoru vəzifəsində çalışıb.

1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat və audit fakültəsini bitirib və 2007-2009-cu illərdə Böyük Britaniyada Lancaster University Business School-da oxuyub və biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb. Son illər Fariz Əzizov Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müavini, Bakı Fond Birjasının İdarə Heyətinin sədri, İcbari Sığorta bürosunun İcraçı direktoru vəzifələrində çalışmış, müxtəlif illərdə Dünya Bankı və AR Hökuməti ilə birgə reallaşdırılan layihələrə rəhbərlik etmişdir.

Həmçinin Fariz Əzizov Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. PAŞA Sığorta şirkəti “PAŞA Holding” qrupunun üzvüdür və 2006-cı ildən fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər