Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 100-dən çox şəxs saxlanılıb

Türkiyənin Daxili İşlər Nazirliyi “Forex dələduzluğu”na qarşı ölkədə keçirilən əməliyyat zamanı 174 şübhəlinin saxlanıldığını açıqlayıb.

İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə keçirilən əməliyyat çərçivəsində 25 şirkətə bağlı 40 çağrı mərkəzi və maliyyə ofisi müəyyən edilib.

Əməliyyat zamanı cinayətdən əldə edildiyi bildirilən 1,5 milyard lirə dəyərində aktivə (şəxsin və ya qurumun sahib olduğu və maddi dəyəri olan əmlak və vəsait), o cümlədən 80 avtomobilə və 12 daşınmaz əmlaka həbs qoyulub. Dələduzluqda istifadə edilən bank, kriptovalyuta və şirkət hesabları da bloklanıb.

Xatırladaq ki, “Forex” müxtəlif ölkələrin valyutalarının alınıb-satıldığı beynəlxalq valyuta bazarıdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər