İspaniyanın “Barselona” futbol klubu dünyada ilk idman klubudur ki, gəlirləri 1 milyard dolları aşıb.
Banker.az AzerTag-a istinadla xəbər verir ki, 2017/2018-ci illər mövsümündə “Barselona”nın qazancı 1,05 milyard dollar olub. Klub ardıcıl olaraq beş il öz gəlirlərinin həcminə görə “rekordçudur”. Həmçinin bildirilir ki, 2018-ci il iyunun 30-u üçün olan məlumata görə, İspaniya klubunun xərcləri 1,017 milyard dollara, borcu isə 181,3 milyon dollara bərabər olub. 2021-ci ildə gəlirin məbləğini 1,15 milyard dollara çatdırmaq planına uyğun olaraq 2018/2019-cu illər mövsümü üçün büdcədə 1,1 milyard dollar gəlir əldə etmək nəzərdə tutulur.
Ötən mövsümdə “Barselona” İspaniya çempionu və ölkə Kubokunun sahibi olub.