Vəzifə: Layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis (PMO-Layihə koordinatoru)
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Layihələrin idarə edilməsi prinsipləri və beynəlxalq standartları ilə əlaqədar biliklər;
• Layihə idarəetməsinin müvafiq alətləri ilə işləmə təcrübəsi arzuolunandır;
• Layihələrin idarə olunması, layihə koordinasiyası sahəsində azı 1 il iş təcrübəsi;
• Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (ingilis və rus dili bilikləri arzuolunandır);.
• MS Office və layihələrin idarəedilməsi ilə əlaqəli proqramlar üzrə yaxşı bilik səviyyəsi;
• Yüksək səviyyədə kommunikasiya və komandada işləmə bacarığı;
• Təşkilati və analitik bacarıqlar;
• Detallara diqqət etmə, şəffaflığın təmin olunmasına məsuliyyətli yanaşma;
• Yaradıcı və yenilikçi olmaq.
İŞİN TƏSVİRİ:
• Bankın əməliyyat planlarının tətbiq edilməsinə nəzarət edilməsi və ona dair hesabatların hazırlanması;
• Əməliyyatlara baxış iclaslarının planlaşdırılması, təşkil edilməsi, iclaslar zamanı qeydlərin alınması, iclasların protokollaşdırılması və qəbul edilmiş qərarların həyata keçirilməsinə nəzarət;
• Birbaşa rəhbərə əməliyyatların idarəedilməsi məsələləri ilə əlaqəli hesabatların təqdim edilməsi;
• İcra olunan layihələr barəsində aylıq, rüblük və illik hesabatların hazırlanması;
• Layihələrin monitorinqinin aparılmasında iştirak;
• Bitmiş layihələr üzrə sorğuların təşkil edilməsi;
• Layihələr üzrə sənədləşmə və arxiv işlərinin aparılması;
• Bankın layihələrinin həyata keçirilməsi zamanı struktur bölmələr, həmçinin layihə qrupları ilə əməkdaşlıq etməklə müvafiq Koordinasiya dəstəyinin göstərilməsi;
• Layihələrin idarə olunması ilə bağlı olan bütün əməliyyat prosedurlarına və təlimatlarına əməl edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.